ABŞ Moskvanı iflic edə bilər: - Rusiya SWIFT sistemindən çıxarılsa, nə olacaq?

10-06-2021, 21:35           
ABŞ Moskvanı iflic edə bilər: -
“Rusiyanı SWIFT sistemindən çıxarılması mümkün deyil, lakin daha ciddi bir problem var”.

Bu barədə Dövlət Dumasında keçirilən dəyirmi masada Rusiya Bankı (Mərkəzi Bank) sədrinin birinci müavini Olqa Skoroboqatova məlumat verib:

“Dəfələrlə qeyd etmişik SWIFT sistemi üzrə ciddi bir təhlükə görmürük və bunun baş verəcəyini düşünmürük.Ən böyük problem SWIFT deyil. İki bank - Rusiya və xarici bank müxbir əlaqələrini davam etdirməlidir. Burada nə baş verə bilər: SWIFT işləyir, amma xarici banklardan biri bankımızla işləməməyə qərar verir, hesablaşmalar dayanır”.

Bununla bağlı Cebhe.info-ya danışan “Liberal İqtisadçılar” İctimai Birliyinin (LİB) sədri Akif Nəsirli bildirib ki, hazırda belə bir addımdan söhbət gedə bilməz:

“Hazırda dünyada belə bir təcrübə yoxdur. Rusiyalı deputatlar və dövlət adamları inanmır ki, Rusiya SWIFT sistemindən çıxarıla bilər. Rusiyanın Beynəlxaq Bank əməliyyatlarının dondurulmasına gedilə bilər. Amma aparıcı dünya dövlətləri bu addımı o vaxt atacaq ki, Rusiya ilə bir masa arxasında oturmağa ehtiyac duymayacaq. Hələlik imkanlar tükənməyib, Rusiya müəyyən məsələlərdə kompromisə gedə bilər.

Məsələn, Rusiya bir müddət öncə Ukraynaya hücum etməyi düşünürdü ancaq bunu etmədi. Rusiya dünyaya təsir imkanları tam məhdudlaşmayıb. Onların təsiri tam məhdudlaşanda nüvə silahına əl atmaq təhlükəsi var. Dünyanın da Rusiyanı SWIFT-dən çıxarması o cür qiymətləndirilməlidir. Hazırda belə bir addımı atmağa ehtiyac yoxdur”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.