Çilidə eynicinsli cütlüklərin nikaha girməsi barədə qanunu təsdiqləndi

22-07-2021, 09:39           
Çilidə eynicinsli cütlüklərin nikaha girməsi barədə qanunu təsdiqləndi
Çili Parlamentinin yuxarı palatası çərşənbə günü eynicinsli cütlüklərin evlənməsinə və uşaq övladlığa götürməsinə icazə verən qanun layihəsini təsdiqləyib.

Pravda.az xəbər verir ki, deputatların 28-i sözügedən qanunun lehinə, 14-ü isə əleyhinə səs verib.

Qanun layihəsinə Deputatlar Palatasında da baxılmalıdır.

Qeyd edək ki, 2015-ci ildən bəri Çilidə eynicinsli cütlüklərin vətəndaş nikahına girməsinə icazə verən qanun olsa da, onlar övladlığa uşaq götürə bilmirdilər. Əvvəlki qanun heteroseksual cütlüklərdən yalnız bir nəfəri rəsmi valideyn statusu verirdi. Yeni qanuna görə isə cütlüyün hər ikisinin valideyn olaraq hüquqlarını bərabərləşdirəcək.

Hazırda Latın Amerikasının bir sıra ölkələrində (Argentina, Braziliya, Kolumbiya, Kosta Rika, Uruqvay, Ekvador ve Meksika) eynicinsli cütlüklərin nikaha girməsinə rəsmi icazə verilir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru