Rus ordusu Polşa sərhədinə çatdı – “Fövqəladə vəziyyət elan edilsin”

29-07-2021, 07:07           
Rus ordusu Polşa sərhədinə çatdı –
Rusiya və Belarus silahlı qüvvələri Polşa sərhədləri yaxınlığında hərbi təlimlərə başlayır.

Teref.az xəbər verir ki, bu barədə Polşanın “Do Rzeczy” nəşri məlumat yayıb. Bu məqsədlə Belarus-Polşa sərhədlərinə çox sayda hərbi texnikanın yerləşdirildiyi bildirilib.

Rusiya-Belarus birgə hərbi təlimləri 10-16 sentyabr tarixlərində keçiriləcək. İyul ayında, Polşa və Litva sərhədlərindən uzaq olmayan Qrodno bölgəsində yerli ərazi müdafiə qüvvələrinin yoxlanılmasının ilk mərhələsi başlayıb. Bundan əvvəl təlimlərə görə Litvanın şərq bölgələrində fövqəladə vəziyyətin elan edilməsi təklif olunub.

Amma Litvanın müdafiə naziri Arvidas Anuşauskas belə bir addımın təxribat olacağını və bölgədəki gərginliyin artmasına səbəb ola biləcəyini söyləyib.

Teleqraf.com












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru