Tokioda ard-arda iki gün rekord yoluxma qeydə alındı

29-07-2021, 07:10           
Tokioda ard-arda iki gün rekord yoluxma qeydə alındı
Hazırda Yay Olimpiya Oyunlarının keçirildiyi Yaponiyanın paytaxtı Tokioda son bir gündə 3 177 koronavirus infeksiyası hadisəsi aşkar edilib.

TASS xəbər verir ki, bu, növbəti anti-rekorddur.

Əvvəlki maksimum çərşənbə axşamı qeydə alınıb– 2 848 yoluxma. Statistikaya görə ən çox infeksiya 20-30 yaş arası insanlarda təsdiqlənib- 1 078 nəfər.

65 yaşdan yuxarı Tokio sakinləri arasında 95 yoluxma hadisəsi müəyyən edilib. 80 nəfərin vəziyyəti ağırdır.

Tokioda gündəlik böyümə dinamikası bir həftədə təxminən iki dəfə artıb, 12 iyuldan epidemioloji vəziyyətin pisləşməsi səbəbindən burada fövqəladə rejim tətbiq olunub. Bu rejim, xüsusən, iaşə müəssisələrində spirtli içki satışının qadağan edilməsini və kütləvi tədbirlərə tamaşaçı girişinin məhdudlaşdırılmasını nəzərdə tutur. Bu səbəbdən Yaponiyanın paytaxtındakı olimpiadalar tamaşaçısız keçirilir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru