Bağçasında quyu qazan kişi 100 milyon dollarlıq sapfir tapdı - FOTO

29-07-2021, 07:05           
Bağçasında quyu qazan kişi 100 milyon dollarlıq sapfir tapdı - FOTO
Şri-Lankanın Ratnapura regionunda bir evin bağçasında dünyanın ən böyük sapfir daşı tapılıb.

Bu barədə “Haber Global” xəbər yayıb.

Məlumata görə, ev sahibi həyətində quyu qazarkən daşı aşkarlayıb. Mütəxəssislər 510 kq ağırlığında mavi daşın təxminən 100 milyon dollar (170 milyon manat) dəyərində ola biləcəyini deyirlər.

Qiymətli daşlar üzrə mütəxəssis Dr.Gamini Zoysa sapfirin 400 milyon yaşı ola biləcəyini vurğulayıb.

Qeyd edək ki, Şri-Lanka sapfir və bunun kimi qiymətli daşların ixracında öndə gedən ölkələr sırasındadır.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru