BMT sərhəddəki vəziyyətdən narahatdır

29-07-2021, 10:49           
BMT sərhəddəki vəziyyətdən narahatdır
“BMT Azərbaycan-Ermənistan sərhədində gərginliyin artmasından narahatdır”.

Pravda.az xəbər verir ki, bunu BMT-nin Baş katibinin rəsmi nümayəndəsinin müavini Farhan Hak dünən keçirilən brifinqdə deyib.

Onun sözlərinə görə, BMT hər iki ölkə arasında son insident də daxil olmaqla gərgin vəziyyət barədə xəbərləri narahatlıqla izləyir.

“BMT bu xəbərləri yoxlaya bilməsə də, hər iki tərəfi təmkinli olmağa, eskalasiyaya səbəb olacaq istənilən fəaliyyətdən imtina etməyə və mövcud problemləri danışıqlar yolu ilə həll etməyə çağırır”, - deyə Farhan Hak qeyd edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru