Taylandda avtomobillərlə etiraz aksiyası keçirilib – VİDEO

2-08-2021, 06:14           
Taylandda avtomobillərlə etiraz aksiyası keçirilib – VİDEO
Banqkokda Taylandın Baş naziri Prayut Çan-Oça və onun hökumətinin pandemiya siyasəti əleyhinə etiraz aksiyası keçirilib.

“RİA Novosti” xəbər verir ki, aksiyanın özəlliyi onun avtomobillərlə keçirilməsidir.

Şəhər küçələrinə axışan sürücülər səs siqnallarından istifadə etməklə və yüksək sürətlə hərəkət etməklə öz etirazlarını bildiriblər.

Nümayişçilərdən bəziləri avtomobil və motosiklllərlə Baş nazirin iqamətgahı qarşısına toplaşıb. Polis onlara qarşı gözyaşardıcı qazdan istifadə edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru