Berlində koronavirus məhdudiyyətləri əleyhinə nümayiş keçirilib

2-08-2021, 07:07           
Berlində koronavirus məhdudiyyətləri əleyhinə nümayiş keçirilib
Berlində COVID məhdudiyyətləri əleyhinə etiraz aksiyası keçirilib.

“RİA Novosti” xəbər verir ki, icazəsiz aksiyada 4-5 min sakin iştirak edib.

Aksiyanın şəhər rəhbərliyi tərəfindən qadağan olunduğu bildirilib.

Buna baxmayaraq, Almaniya paytaxtının müxtəlif rayonlarında insanlar küçələrə axışaraq etiraz ediblər. 500-dək nümayişçi polis tərəfindən saxlanılıb.

Qeyd edək ki, dünən Fransada da analoji aksiyalar təşkil olunub. Nümayişçilərdən 76 nəfərinin saxlanıldığı bildirilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru