Venesuela yaxın zamanda COVAX mexanizmi vasitəsilə 6 milyondan artıq peyvənd alacaq
2-08-2021, 07:51
Venesuela beynəlxalq COVAX mexanizmi vasitəsilə yaxın zamanda koronavirusa qarşı 6 milyon dozadan çox peyvənd alacaq.
Trend-in məlumaıtna görə, bu barədə Venesuela Prezidenti Nikolas Maduronun mətbuat xidmətinin "Twitter" səhifəsində deyilir.
Məlumatda bildirilir: "6 milyon 200 min peyvənd tezliklə COVID-19-a qarşı Peyvəndlərin əlçatanlağının təmin edilməsi üzrə qlobal mexanizm (COVAX) vasitəsilə Venesuelaya gətiriləcək".