Paşinyan yenidən Ermənistanın baş naziri oldu

2-08-2021, 15:44           
Paşinyan yenidən Ermənistanın baş naziri oldu
Ermənistan prezidenti Armen Sarkisyan Nikol Paşinyanın ölkənin baş naziri təyin edilməsi haqqında fərman imzalayıb.
Azvision.az xəbər verir ki, bu barədə Sarkisyanın mətbuat xidməti məlumat yayıb.

Bundan əvvəl parlament çoxluğu Paşinyanın Ermənistanın baş naziri vəzifəsinə namizədliyini irəli sürmüşdü.

***
12:12
Ermənistanın “Vətəndaş müqaviləsi” parlament fraksiyası rəsmi olaraq Nikol Paşinyanın baş nazir vəzifəsinə namizədliyini irəli sürüb.
Azvision.az xəbər verir ki, bu barədə fraksiyanın katibi Nazeli Baqdasaryan “Facebook”da bildirib.

O qeyd edib ki, parlament çoxluğu tərəfindən Nikol Paşinyanın baş nazir vəzifəsinə namizədliyi irəli sürülür.

Ermənistan Konstitusiyasına görə, yeni seçilmiş parlament öz işinə başladıqdan sonra ölkə prezidenti parlament çoxluğu tərəfindən irəli sürülən namizədi dərhal baş nazir təyin etməlidir. Kabinet isə baş nazir təyin edildikdən on beş gün ərzində formalaşır. Bundan sonra hökumət başçısı 20 gün ərzində Nazirlər Kabinetinin proqramını qanunverici orqana təqdim etməlidir.

Bu gün Ermənistanda 8 -ci çağırış parlamentin ilk iclası keçirilir. Yeni parlamentin 107 deputatı var. Hakim "Vətəndaş müqaviləsi" partiyası 71, sabiq prezident Robert Koçaryanın "Ermənistan" bloku 29, üçüncü prezident Serj Sarkisyanın "Şərəfim var" bloku 7 mandatla parlamentdə təmsil olunur. Koçaryan mandatdan imtina edib, Sarkisyan isə seçkiyə qatılmayıb.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.