KİV: Bayden sentyabrda COVID-19-la mübarizə çərçivəsində Zirvə görüşü keçirmək niyyətindədir

3-08-2021, 08:27           
KİV: Bayden sentyabrda COVID-19-la mübarizə çərçivəsində Zirvə görüşü keçirmək niyyətindədir
ABŞ Prezidenti Co Bayden sentyabr ayında BMT Baş Assambleyasında COVID-19 və gələcək pandemiyalarla mübarizə mövzusunda onlayn Zirvə görüşü təşkil etmək niyyətindədir.

APA xəbər verir ki, bu barədə “Axios” xəbər portalı sözügedən təşəbbüsün müzakirəsi ilə tanış mənbələrə istinadən məlumat yayıb.

Forumun məqsədi “delta” ştammının yayılması ilə əlaqədar ölkələrin koronavirus əleyhinə peyvəndlərin tətbiqi istiqamətində səylərini gücləndirməkdir.

Agentlik qeyd edib ki, hazırda ABŞ rəhbərliyi qeyri-hökumət təşkilatları ilə belə bir konfransın detallarını müzakirə edir.

Xatırladaq ki, BMT Baş Assambleyasının 76-cı sessiyası sentyabrın 14-də təşkilatın Nyu-Yorkdakı qərargahında başlayacaq.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru