Alimlər bütöv bir şəhərin suya qərq olacağı barədə xəbərdarlıq etdilər - FOTO/VİDEO

5-08-2021, 09:28           
Alimlər bütöv bir şəhərin suya qərq olacağı barədə xəbərdarlıq etdilər - FOTO/VİDEO
Britaniya İnkişaf Araşdırmaları İnstitutunun mütəxəssisləri Nigeriyanın Laqos şəhərinin daşqın səbəbindən yaşayış üçün yararsız hala düşə biləcəyi ilə bağlı xəbərdarlıq edirlər.

Bu barədə CNN xəbər verir.

Bildirilir ki, yağış mövsümü şəhər əhalisini dizə qədər suda gəzməyə məcbur edir. Bir çox binanı su basıb, minlərlə avtomobil suya qərq olduğu üçün yararsız hala düşüb.

Qeyd edək ki, ümumiyyətlə mart-noyabr ayları Nigeriyada güclü yağışlar müşahidə edilir, daşqınlar da nadir hadisə deyil, ancaq bu il sel bütün rekordları qırıb.

Britaniya İnkişaf Araşdırmaları İnstitutu (IDS) vəziyyətin kəskin şəkildə pisləşəcəyini proqnozlaşdırırlar. Onların sözlərinə görə, nəticədə sakinlər şəhəri tərk etmək məcburiyyətində qalacaqlar. Kataklizm şəhərin iqtisadi fəallığını da iflic edir və artıq dörd milyard dollar ziyan vurub.

















Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru