ABŞ-ın xarici ticarət kəsiri rekord həddə çatdı

6-08-2021, 07:10           
ABŞ-ın xarici ticarət kəsiri rekord həddə çatdı
ABŞ-ın xarici ticarət kəsiri indiyədək görünməmiş həddə çatıb.

Ölkənin Ticarət Nazirliyindən verilən məlumata görə, iyun ayının yekunlarına əsasən kəsirin həcmi 75.7 milyard dollar təşkil edib.

Belə ki, qeyd olunan dövrdə ABŞ-ın idxalı 283.4, ixracı isə 207.7 milyard dollar olub.

Nazirlikdən bildirilib ki, kəsir ölkənin Aİ və Hindistanla ticarətindəki mənfi tendensiyaların təsiri altında artıb.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.