Braziliyanın bəzi ştatları “Sputnik V” vaksini almaqdan imtina edib

6-08-2021, 00:08           
Braziliyanın bəzi ştatları “Sputnik V” vaksini almaqdan imtina edib
Braziliyanın şimal-şərq ştatları konsorsiumunun Rusiya Birbaşa İnvestisiya Fondu ilə “Sputnik V” koronavirus peyvəndinin tədarükü üçün bağlanan müqavilənin icrası dayandırılıb və Braziliyaya gətirilməsi təxirə salınıb.

“Report” “TASS”a istinadən xəbər verir ki, bu barədə Piaui ştatının qubernatoru Uellinqton Diasın mətbuat xidmətinin yaydığı məlumatda deyilir.

Qeyd olunub ki, 37 milyon doz vaksin alınmasını özündə ehtiva edən müqavilə, Milli Sanitariya Nəzarəti Agentliyi tərəfindən tətbiq edilən yeni məhdudiyyətlər, habelə milli peyvənd planı çərçivəsində dərmanı istifadə etməkdən imtina və idxal icazəsinin olmaması səbəbindən qüvvədən düşüb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru