Hərbi ekspert: "Ukraynalı könüllülər Litvanın sərhədlərini qorumağa hazırdır"

6-08-2021, 12:29           
Hərbi ekspert:
“Yüzlərlə ukraynalı könüllü Litvanın sərhədlərini qorumaq üçün bu ölkəyə getməyə hazır olacaq”.

“Report”un Şərqi Avropa bürosu xəbər verir ki, bunu ukraynalı hərbi ekspert Yuri Koçevenko bildirib.

Onun sözlərinə görə, Litvaya qarşı hibrid işğal həyata keçirilir və Belarus ərazisindən qəsdən göndərilmiş yüzlərlə miqrant hər gecə Litva sərhəddini keçməyə çalışır:

“Rəsmi Minsk miqrantların gəldiyi İraq, Suriya, Əfqanıstan və digər ölkələrdən aviraeyslərin sayını artırır. Sərhəddi qanunsuz keçmiş şəxslər saxlanıldıqda Belarusa geri qaytarıla bilmir, çünki Belarus hakimiyyəti Avropa İttifaqı ilə readmissiya haqqında müqaviləni ləğv edib. Hökumət artıq fövqəladə vəziyyət elan edib. Ehtiyatda olan hərbçilər və könüllülər sərhədlərin mühafizəsinə cəlb edilir. Litva üçün asan deyil, amma o ayaqda durmağı bacarır”, - Y.Koçevenko deyib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru