Ukraynanı payızda nə gözləyir? - “Bölmək istəyirlər"
7-08-2021, 14:01
Ukrayna Ali Radasının sabiq deputatı Yevgeni Murayev yaxın müddətdə ölkə ərazisinin hissələrə parçalanacağını bildirib.
Onun fikrincə, ölkədə qrup halında birləşən radikalların mobilizasiyası gedir. Cebhe.info xəbər verir ki, bu barədə siyasətçi "Naş" telekanalının efirində danışıb.
"Bu təxribatlar bu payız Kiyevdə vəziyyətin pisləşməsinə səbəb ola bilər. Heç kəsi qorxutmaq istəmirəm, amma düşünürəm ki, bizim ərazilərimizi bölməyə hazırlaşırlar",-deyə Murayev qeyd edib. "Radikalları Beynəlxalq Dirçəliş Fondu maliyyələşdirir və bu işdə sabiq prezident Petro Poroşenko da iştirak edir",-deyə Murayev iddia edib.