"Ermənistan dəfələrlə bəyan edib ki, dəhliz deyilən bir şey yoxdur" - Artur Ovannisyan

7-08-2021, 14:07           
"Ermənistan dəfələrlə bəyan edib ki, dəhliz deyilən bir şey yoxdur" - Artur Ovannisyan
Ermənistanın hakim "Vətəndaş Müqaviləsi" fraksiyasının deputatı Artur Ovannisyan Rusiya sərhədçilərinin Voskepar kəndinə yerləşdirilməsinin Ermənistanın sərhəd təhlükəsizliyini təmin etmək məqsədi daşıdığını bildirib.

Yenisabah.az xəbər verir ki, deputat tezlikdə rus hərbçilərinin Tavuş əyalətinin digər hissələrinə də yerləşdirilə biləcəyini açıqlayıb.

Rus sərhədçilərinin Tavuş vilayətində hansı hüquqi müqavilə əsasında yerləşdirildiyini və bunun 1997-ci ildə imzalanan Ermənistan-Rusiya müqaviləsinə əsaslanıb-əsaslanmadığına dair sualı cavablandırarkən, millət vəkili naməlum müqavilələrin və razılaşmaların olmayacağını söyləyib.

Artur Ovannisyan deyib: “Ermənistan-Rusiya münasibətləri ilə bağlı yeni bir müqavilə olarsa, Ermənistanda hamı bundan xəbər tutar. Ermənistan dəfələrlə bəyan edib ki, dəhliz deyilən bir şey yoxdur və Azərbaycan qoşunları effektiv delimitasiya və demarkasiya üçün Ermənistan ərazisini tərk etməlidir. Sərhədçilərin yerləşdirilməsi Ermənistan sərhədlərində təhlükəsizliyin təminatı üçün bir zəmanətdir".












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru