ABŞ-a məxsus bombardmançı təyyarələr Əfqanıstanın Cauzcan əyalətinin mərkəzi Şiberqanda aviazərbələr endirib.
Bizim.Media xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Əfqanıstan Müdafiə Nazirliyinin nümayəndəsi Favad Aman “Twitter” səhifəsində yazıb.
“B-52 Stratofortress” tipli bombardmançıların “Taliban” radikal hərəkatının mövqelərinə hücum etdiyi bildirilir. Nəticədə silahlı qruplaşmanın üzvləri arasında ağır itkilər olub.