Alov Yunanıstanı cənginə alıb - yanğını nəzarət altına almaq mümkün deyil FOTO

8-08-2021, 00:05           
Alov Yunanıstanı cənginə alıb -
Yunanıstanın paytaxtı Afinanın şimalındakı meşə yanğınlarında alovlar nəzarətdən çıxmış halda yayılmağa davam edir.

Havanının temperaturunun rekord həddə yüksəldiyi Yunanıstanda meşə yanğınları ilə mübarizə davam edir.

Afinanın şimalında avqustun 3-də başlayan yanğınlar nəzarətdən çıxıb. Paytaxtla ölkənin şimalını bağlayan baş avtomobil yolunun ətrafında getdikcə yayılan alov əhalinin yaşadığı əraziləri təhdid edir.

Bölgədə helikopterlərdən çəkilən kadrlar yanğının miqyasının böyük olduğunu göstərir. Yanğınsöndürmə qurumunun məlumatına görə, hazırda Afinanın şimalında 856 yanğınsöndürən və 215 yanğınsöndürmə maşını xidmət göstərir. Lakin bölgədə əsən şiddətli külək yanğınla mübarizəni çətinləşdirir.

Yanğınlarda indiyə qədər elektrik dirəyinin aşması nəticəsində 38 yaşlı könüllü yanğınsöndürən və Afina yaxınlığındakı bir fabrikdə huşsuz vəziyyətdə tapılaraq xəstəxanaya aparılan Afina Ticarət və Sənaye Cəmiyyətinin sədri Konstantinos Mixalos həlak olub.

Sputnik Azərbaycan Yunanıstanda yanğın bölgəsindən çəkilmiş fotoları təqdim edir.
















Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru