Səudiyyə Ərəbistanında insanlığa nümunə ola biləcək bir hadisə: Müflis olan yaşlı müəllim götürdüyü...
9-08-2021, 16:39
Səudiyyə Ərəbistanında insanlığa nümunə ola biləcək bir hadisə baş verib: Müflis olan yaşlı müəllim götürdüyü 100 min real pulu geri ödəyə bilməyib. Bu səbəbdən də həbs olunmaq təhlükəsi ilə üzləşib. İstintaq zamanı zabitlərdən biri müəllimi tanıyıb. Xatırlayıb ki, həmin şəxs 40 il öncə ona dərs deyib. Zabit keçmiş sinif yoldaşlarına müəllimlərinin qarşılaşdığı təhlükə barədə məlumat verib. Onlar təcili şəkildə bir araya gəliblər və müəllimin banka olan kredit borcunu ödəyiblər. Müəllim azadlığa çıxıb. Həbsdən çıxan müəllimi 40 il əvvəl dərs dediyi şagirdləri qarşılayıb... E.Həsənli Teref.az