Yaponlar Tokiodakı Rusiya səfirliyinin qarşısında etiraz aksiyası keçiriblər

9-08-2021, 23:12           
Yaponlar Tokiodakı Rusiya səfirliyinin qarşısında etiraz aksiyası keçiriblər
SSRİ-nin Yaponiyaya qarşı müharibəyə girməsinin ildönümü münasibətilə Rusiyanın Tokiodakı səfirliyinin qarşısında etiraz aksiyası keçirilib. Bu barədə Yaponiya mətbuatı yazır.

Etirazçılar, İkinci Dünya Müharibəsində Yaponiyanın təslimindən sonra SSRİ ordusu tərəfindən işğal edilmiş Kuril adalarının geri qaytarılmasını tələb edirdilər.

Kuril Adaları, Kamçatka yarımadası və Hokkaydo adası arasında yerləşir. 1945 -ci il sentyabrın əvvəlində Sovetlər Kuril adalarını tamamilə ələ keçirdilər. 1946-cı il fevralın 2-də adalar yeni yaradılan Yujno-Saxalin vilayətinin tərkibinə daxil olub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru