ABŞ-la rəqabət aparacaq yeganə rus qırıcısı...

10-08-2021, 09:39           
ABŞ-la rəqabət aparacaq yeganə rus qırıcısı...
Rusiyanın beşinci nəsil Su-75 qırıcısı (Çekmeyt) səmada və geosiyasi arenada ABŞ-la rəqabətə davam gətirəcək.

Axar.az xəbər verir ki, bu barədə “Vol Strit Jurnal” yazıb.

“Çekmeyt” görünməzlik texnologiyası sayəsində dünyanın ikinci təkmotorlu qırıcısı ola bilər. Rus qırıcısının tək rəqibi ABŞ F-35-ləri sayılır. Rusiya Su-75-ləri ABŞ-la əməkdaşlıq edən BƏƏ, Argentina, Hindistan, Vyetnam kimi ölkələrdə də tanıtmağı hədəfləyir. Göründüyü kimi, ABŞ-ın strateji təsir dairəsinə meydan oxumağı hədəfləyir”, - deyə bildirilib.

Rus ekspertlərin fikrincə, qiyməti təxminən 30 milyon dollar civarında olacaq Su-75 120 milyon dollarlıq F-35-dən daha münasibdir və ölkələrin diqqətini çəkməyi bacaracaq.

Qeyd edək ki, Su-75-in ilk uçuşunun 2023-cü ildə keçirilməsi planlaşdırılır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru