3800 yaşlı mumiya: gözəlliyi ilə hər kəsi heyran etdi

10-08-2021, 14:34           
 3800 yaşlı mumiya: gözəlliyi ilə hər kəsi heyran etdi
Çinin Şərqi Türküstan əyalətinin əkinçilik hövzəsində tapılan mumiya əsrlər keçməsinə baxmayaraq gözəlliyi ilə diqqət çəkir.
“Sherg.az” “Ntv.com”a istinadən xəbər verir ki, mumiya Çinin quraq Sincan əyalətindəki Tarim hövzəsində tapılan onlarla mumiyadan biridir.
Çinin bir müddət sərgiləməkdən qorxduğu və "Lolan Gözəlliyi" olaraq adlandırılan mumiya ölçü və görünüş baxımından Asiyalıya bənzəmir.
Mumiyanın xüsusiyyəti bölgədə çinlilərdən çox əvvəl yaşaması və görünüşünün Qafqaz xalqına bənzəməsidir. Bu iki element Çin torpaqlarında ilk məskunlaşanların avropalılar olduğu nəzəriyyəsini də irəli sürür.
Çinlilərdən fərqli olaraq daha uzun boylu, ağ dərili, uzun kirpikli və nazik düz burunlu mumiya Avropa görünüşünü xatırladır. Bu baxımdan 3800 illik gözəllik Çin hökumətini sarsıtdı və siyasi səbəblərdən dolayı ABŞ-dakı sərgidən geri çəkildi.















Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.