Daha bir virus TƏHLÜKƏ yaymağa başladı: Yüksək qızdırma və daxili qanaxmaya səbəb olur

10-08-2021, 16:56           
Daha bir virus TƏHLÜKƏ yaymağa başladı:
Qərbi Afrikada yerləşən Qvineyada yüksək yoluxuculuq qabiliyyətinə malik təhlükəli Marburq qızdırması yayılır.

Sfera.az xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) məlumat yayıb.

Məlumata görə, bu, Qərbi Afrikada həmin virusun yayılmasına dair ilk xəbərdir.

Marburq virusu artıq vəfat etmiş bir pasiyentdə aşkarlanıb və hazırda onunla təmasda olmuş şəxslərin müəyyən edilməsi ilə bağlı iş gedir.

Marburq virusu eynilə Ebola virusu kimi yarasalar vasitəsilə insana keçir. Dəhşətli virus yüksək qızdırma və daxili qanaxmalara səbəb olur. Yüksək yoluxuculuq qabiliyyətinə malik olan bu virus insanlar arasında yaxın təmaslar zamanı damcı yolu ilə keçir.

Virusun Mərkəzi Afrika mənşəli olduğu təxmin edilir. İlk dəfə ötən əsrin 60-cı illərində Almaniyanın Marburq şəhərindəki laboratoriyaların birində heyvanlar üzərində aparılan təcrübə zamanı aşkarlanıb.

Bu virusa qarşı antiviral dərman və ya peyvəndlər hələlik mövcud deyil.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru