Rusiyada yoluxmayla bağlı fərqli rəqəmlər: Yeni peyvənd özünü göstərir?

10-08-2021, 22:38           
Rusiyada yoluxmayla bağlı fərqli rəqəmlər:
Rusiyada “EpiVacCorona” peyvəndinin istifadəsindən sonra COVID-19-ə yoluxmaların fərqli nisbəti yaranıb.

Jurnalistlər hesablayıblar ki, Kursk vilayətində COVID-19-a yoluxanlar 0,2 faiz, Sankt-Peterburqda isə 6 faizdir.

Bunun Rusiyanın bölgələrinə peyvənd tədarükünün həcmi ilə əlaqədar olduğu bildirilib.

Cebhe.info “TASS”-a istinadən xəbər verir ki, “Vektor” Elmi Mərkəzi bölgələrdən daxil olan fərqli məlumatlara belə izah verib.

Mərkəzdən bildirilib ki, "EpiVacCorona” peyvəndinin bölgələrə göndərilən fərqli həcmlərini nəzərə alınmalıdır.

9 avqustda “Vektor” Mərkəzi “EpiVacCorona” peyvəndi vurduranların 79 faizində antitel yarandığını açıqlayıb. Şirkətin baş direktoru Leonid Nikulinin sözlərinə görə, dərman istehsalının modernləşdirilməsi oktyabrın əvvəlinədək başa çatacaq.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru