Suya düşən kimyəvi maddə Norveçin balıq sənayesinə böyük zərər vurub

11-08-2021, 07:39           
Suya düşən kimyəvi maddə Norveçin balıq sənayesinə böyük zərər vurub
Norveçin Finnmark əyalətində suya düşən 15 min litr xlor balıq fermasında 96 min qızılbalığın məhv olmasına səbəb olub.

Bu barədə NRK agentliyi məlumat yayıb.

Qeyd olunur ki, hadisə ilə əlaqədar nəhəng balıq sənayesi şirkəti “Grieg Seafood” tarixində görünməmiş həcmdə maliyyə itkisinə məruz qalıb.

Hüquq-mühafizə orqanlarından verilən məlumata əsasən, maddə tamamilə suyun dərinliyinə düşdüyündən insanların xlor qazından zəhərlənmə təhlükəsi yoxdur.

“Grieg Seafood” şirkətinin nümayəndələrinin sözlərinə görə, hadisə gələcəkdə də Norveç balıq təsərrüfatlarına böyük ziyan vuracaq.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru