Kaliforniyada meşə yanğını nəticəsində 950-dən çox bina məhv olub və ya zədələnib 11-08-2021, 08:01 ABŞ-ın Kaliforniya ştatında tüğyan edən "Diksi" meşə yanğını nəticəsində iyulun ortalarından bəri 954 yikili məhv olub və ya zədələnib.Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bu barədə ştatın yanğınsöndürmə idarəsindən bildiriblər.Məlumata əsasən, yanğın 893 binanı tamamilə məhv edib, 61 binaya isə yanğın nəticəsində zərər dəyib.Qeyd edək ki, "Diksi" yanğını son 4 həftə ərzində 197 min hektar meşə ərazisini əhatə edir. Facebook-da paylaş