Nazir müavininin lesbiyan qızı Dağıstanla sərhəddə saxlanıldı

11-08-2021, 16:43           
Nazir müavininin lesbiyan qızı Dağıstanla sərhəddə saxlanıldı
Nazir müavininin lesbiyan qızı Dağıstanla sərhəddə saxlanıldı

22 yaşlı Həlimət Taramova Çeçenistanın paytaxtı Qroznı şəhərindən qaçarkən Dağıstanla sərhəddə saxlanılıb.

Lent.az-ın məlumatına görə, gənc qız cinsi oriyentasiyasına görə təzyiqlərə məruz qalıb. O, bundan əvvəl bir dəfə də lesbiyan sevgilisi ilə görüşmək üçün Dağıstana qaçıb. Ancaq atasının təzyiqi ilə Mahaçqala şəhərində saxlanılıb və məcburi geri qaytarılıb. Bundan sonra atası ehtimal edib ki, qızını bu vəziyyətə onun içindəki “cinlər” salıb. Qızını xilas etmək istəyən ata, şəhərdəki klinikaların birində onu dəyənəklə döydürərək cinləri çıxarmaq istəyib. Bir müddət ev dustaqlığında yaşayan Həlimət bu gün evdən qaçsa da, yenidən saxlanılıb və Qroznıya qaytarılıb.

Qeyd edək ki, Həlimət Taramova Çeçenistanın kommunal təsərrüfat nazirinin müavini Əyyub Taramovun qızıdır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru