Moldova Prezidenti Maya Sandu məni əmin etdi ki, Dnestryanının blokadası olmayacaq.
Axar.az xəbər verir ki, bunu Moldovada səfərdə olan Rusiya baş nazirinin müavini Dmitri Kozak deyib.
“Maya Qriqoryevna əmin etdi ki, Dnestryanının blokadası olmayacaq, hökumət bunun olmaması üçün hər şey edir. Çünki Dnestryanıda da Moldova vətəndaşları yaşayır”, - Kozak bildirib.