Daha bir ölkədə karantin müddəti UZADILDI

12-08-2021, 07:25           
Daha bir ölkədə karantin müddəti UZADILDI
Rumıniya hökuməti koronavirusla bağlı yüksək hazırlıq rejimini daha 30 gün müddətinə uzadıb.

Publika.az xəbər verir ki, ümumi qaydalara əsasən, Rumıniyaya səfər edən xarici vətəndaşlar və vətəndaşlığı olmayan şəxslər, haradan gəldiklərindən asılı olmayaraq (yaşıl, sarı və ya qırmızı zonaya aid ölkələrdən), o cümlədən Moldovadan gələnlər üçün 14 günlük karantin tədbiri müəyyən edilir.

İstisnalar Avropa İttifaqı, Avropa iqtisadi bölgəsi ölkələrindən, İsveçrə Konfederasiyasından gələnlər və peyvənd sertifikatı olanlar (son dozadan 10 gün sonra), həmçinin son 180 gün ərzində koronavirusa yoluxanlardır. Bundan əlavə, ölkədə 3 gündən az qalan şəxslər karantin tədbirindən azad edilir.

Lakin Rumıniyaya çatmadan və ya enmədən 72 saatdan gec olmayaraq edilən mənfi PCR testi təqdim etməlidirlər. Eyni zamanda xaricdən Rumıniyaya qayıdan və son 14 günü yaşıl bölgəyə aid olan ölkədə keçirən Rumıniya vətəndaşları da karantin tədbirindən azadırlar.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru