Caqaryan İran XİN-ə çağırıldı, izahat tələb edildi
12-08-2021, 14:11
Rusiyanın İrandakı səfiri Levan Caqaryan İngiltərə səfiri Saymon Şerkliff ilə birlikdə çəkdirdiyi fotoya görə İran Xarici İşlər Nazirliyinə dəvət edilib.
Axar.az xəbər verir ki, bu haqda səfirliyin internet səhifəsində məlumat yayılıb.
Səfirdən bu fotoya görə izahat tələb olunub.
Rus diplomat fotoya görə yaranan anlaşmazlıqdan təəssüfləndiyini bildirib.