Jirinovski Vahabzadəni məhkəməyə verməyə hazırlaşırdı, özü məhkəməyə verildi

12-08-2021, 14:14           
Jirinovski Vahabzadəni məhkəməyə verməyə hazırlaşırdı, özü məhkəməyə verildi
Dövlət Dumasının deputatı İrina Çirkova onu oğurluqda açıq şəkildə günahlandıran LDPR lideri Vladimir Jirinovskiyə qarşı iddia qaldırıb.

Qlobal.az bu haqda REGNUM agentliyinə istinadla xəbər verir.

"Bu siyasətçi əvvəllər, 2016-cı ildən başlayaraq, müxtəlif seçki kampaniyalarında mənə ünvanlanan bu cür ifadələr işlədib. Seçkilər zamanı məhkəmə işləri ilə məşğul olmağa vaxtım olmadı, seçkidən sonra isə incikliyimi unutdum. Ancaq indi səbir kasam daşdı [...] Tələblərimiz sadədir - Jirinovskinin sözlərini yalan kimi qəbul etməsi və deyilənləri təkzib etməsi lazımdır”, - Çirkova sosial şəbəkələrdə yazıb.

Çirkova Jirinovskinin ittiham xarakterli açıqlamalar verdiyi "Exo Moskvı” radiostansiyasına qarşı da şərəf və ləyaqətini qorumaq üçün iddia qaldırıb.

"Bu iddiadan sonra böhtan iddiası qaldırılacaq. Halbuki sizin açıq şəkildə üzr istəmək üçün hələ vaxtınız var", - Çirkova Jirinovskiyə səslənib.

Xatırladaq ki, 2011-ci ildə Liberal Demokrat Partiyasının üzvü olan İrina Çirkova Dövlət Dumasına seçilib. 2016-cı ildə Jirinovskinin partiyasından ayrılaraq "Ədalətli Rusiya” sıralarına qatılıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru