ABŞ Əfqanıstana 3 minə yaxın hərbçi göndərəcək

13-08-2021, 07:18           
ABŞ Əfqanıstana 3 minə yaxın hərbçi göndərəcək
ABŞ Müdafiə Nazirliyi yaxın 48 saat ərzində Əfqanıstanın paytaxtı Kabilə 3 minə yaxın hərbçi göndərəcək.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bunu mütəmadi brifinq zamanı Pentaqonun mətbuat katibi Con Kirbi deyib.

Onun sözlərinə görə, hazırda Kabildə 650 ABŞ hərbçisi var: "Göndərəcəyimiz hərbçilər orada olan qoşunlara qoşulacaqlar".

C.Kirbi qeyd edib ki, ABŞ Əfqanıstana ölkənin Kabildəki səfirliyini qorumaq üçün əlavə qüvvələr göndərir.

Pentaqonun mətbuat katibi əlavə edib ki, ABŞ qoşunlarının Əfqanıstana göndərilməsi müvəqqəti xarakter daşıyır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru