Gürcüstanda restoran və idman zallarına daxili olmaq üçün COVID-19 pasportu tələb ediləcək

13-08-2021, 08:38           
Gürcüstanda restoran və idman zallarına daxili olmaq üçün COVID-19 pasportu tələb ediləcək
Gürcüstanda restoran və idman zallarına daxil olmaq üçün COVID-19 pasportunun tələb edilməsi planlaşdırılır.

AZƏRTAC xəbər verir ki, bu qaydaların tətbiqi ilə əlaqədar ölkənin Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzi Gürcüstan hökumətinin Qurumlararası Koordinasiya Şurasına müraciət edib.

Müraciətdə sentyabrdan etibarən restoranlara, iaşə obyektlərinə, spa və idman zallarına, eləcə də digər bənzəri ictimai obyektlərə vətəndaşların yalnız yeni növ koronavirus əleyhinə vaksinin bir və ya hər iki dozasının vurulmasını göstərən sənəd və ya PZR testinin neqativ nəticəsi ilə buraxılması tövsiyə edilib.

Qurumlararası Koordinasiya Şurasının nümayəndəsi Giorgi Qibradze bildirib ki, şura məsələni müzakirə edəcək və qəbul olunacaq qərarla bağlı ictimaiyyət məlumatlandırılacaq.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru