İslam Əməkdaşlıq Təşkilatı Əfqanıstanda münaqişə tərəflərinə müraciət edib

23-08-2021, 08:11           
İslam Əməkdaşlıq Təşkilatı Əfqanıstanda münaqişə tərəflərinə müraciət edib
İslam Əməkdaşlıq Təşkilatı (İƏT) Əfqanıstanda sülhün qurulması naminə münaqişə tərəflərini hərtərəfli dialoqa çağırıb.

“Report” “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bu barədə İƏT-in Səudiyyə Ərəbistanının Ciddə şəhərində keçirilən fövqəladə iclasının nəticəsinə əsasən yayılan bəyanatda deyilir.

Daimi nümayəndələr səviyyəsində görüş Səudiyyə Ərəbistanının təşəbbüsü ilə çağırılıb.

Rəsmi sənədin müəllifləri həmçinin təşkilatın Əfqanıstanda sülhü, sabitliyi və milli barışığı dəstəkləməsi mesajını çatdırmaq üçün İƏT Baş Katibliyinin yüksək vəzifəli nümayəndə heyətini Əfqanıstana göndərməyi də təklif ediblər.

İƏT Əfqanıstanın yeni administrasiyasını və beynəlxalq ictimaiyyəti ölkənin yenidən terrorçular üçün sığınacaq olmaması üçün səyləri birləşdirməyə çağırıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru