ABŞ-ın nazirlərindən biri bəyan etdi: "Krımı Ukraynaya qaytarmaq istəyirik"

24-08-2021, 07:04           
ABŞ-ın nazirlərindən biri bəyan etdi: "Krımı Ukraynaya qaytarmaq istəyirik"
“Vaşinqton Rusiyanı yerində oturdmaq istəyir. Bununla birlikdə o, Krımı Ukraynaya qaytarmaq və Donbasdakı münaqişəni sonlandırmağa çalışacaq”.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu bəyanat “Krım platforması”nda ABŞ-ın Energetika naziri Cennifer Qrenholm tərəfindən səslənib. Nazir Qrenholm ABŞ-ın bundan sonra da Ukraynanı dəstəkləyəcəyini bildirib. Energetika naziri təkcə 2014-cü ildə Ağ Evin rəsmi Kiyevə 4,9 milyard dollarlıq maliyyə yardımı etdiyini xatırladıb.

“Bizim köməyimiz konkret və mahiyyəti üzrə olacaq”,-deyə Qrenholm söyləyib.

Qeyd edək ki, Ukrayna prezidenti Vladimir Zelenski sözügedən sammitdə Krımın yenidən ölkəsinin tərkibinə geri qaytarılması üçün beynəlxalq bəyannamə qəbul olunacağını açıqlayıb.

Ukrayna dövlət başçısının iddiasına görə, bu il avqustun 23-dən etibarən yarımadanın Rusiyanın işğalından azad olunması yönündə geri sayım başlayıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru