Nigeriyada 47,6 min insanda vəba aşkarlanıb, 1,7 min nəfər epidemiyadan ölüb

25-08-2021, 09:05           
Nigeriyada 47,6 min insanda vəba aşkarlanıb, 1,7 min nəfər epidemiyadan ölüb
Cari ilin əvvəlindən Nigeriyada 1 768 nəfər vəbadan ölüb.

“Report” xarici mətbuata istinadən xəbər verir ki, bu barədə ölkənin Xəstəliklərə Nəzarət və Profilaktika üzrə Mərkəzi (NCDC) məlumat yayıb.

Məlumata görə, yalnız son həftə 72 nəfər kəskin infeksiyadan vəfat edib.

Mərkəz bildirilib ki, yanvarın 1-dən avqustun 14-dək epidemiya 23 ştatı bürüyüb. Siyahıya həmçinin paytaxt Abuca da daxildir.

Qeyd edilən dövrdə 47 603 nəfərdə vəba aşkar edilib.

Nigeriyada həmçinin COVID-19 infeksiyası da sürətlə yayılmaqda davam edir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru