Əfqanıstandan çıxacağı tarixi AÇIQLADI

25-08-2021, 11:41           
Əfqanıstandan çıxacağı tarixi AÇIQLADI
"Türkiyə müsəlman ölkəsidir. Bu ölkənin hökuməti və xalqı ilə yaxşı əlaqələr qurmaq istəyirik. Ancaq Əfqanıstanda xarici əsgərlərə ehtiyacımız olmayacaq".

Publika.az xəbər verir ki, bu sözləri Kabildə təşkil olunan mətbuat konfransında yerli və xarici jurnalistlərin suallarını cavablandıran "Taliban" sözçüsü Zabibullah Mücahid deyib.

Türkiyə ilə yaxşı əlaqələr qurmaq istədiklərinə diqqət çəkən Mücahid Həmid Kərzai adına Kabil Hava Limanını qorumaq üçün heç bir xarici qüvvəyə ehtiyac olmadığını vurğulayıb: "Kabil aeroportunda problem həll edilən kimi xarici hərbçilər ölkədən çıxarılacaq", - "Taliban" sözçüsü əlavə edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru