NASA-nın rəhbəri: “ABŞ Rusiya ilə kosmik sahədə əməkdaşlıq etmək istəyir”

25-08-2021, 10:50           
NASA-nın rəhbəri:
ABŞ-ın aerokosmik agentliyi NASA-nın rəhbəri Bill Nelson Rusiyaya səfər etməyi planlaşdırır.

“Report” xəbər verir ki, B.Nelson bu barədə “RİA Novosti”yə müsahibəsi zamanı danışıb.

O, Rusiyaya səfərinin koronavirus pandemiyası ilə bağlı vəziyyət imkan verən kimi reallaşacağını bildirib.

“Roskosmos”un baş direktoru Dmitri Roqozinlə görüşəcəyini deyən NASA rəhbəri görüşün Dubay şəhərində də baş tuta biləcəyini istisna etməyib.

B.Nelson ABŞ-ın Rusiya ilə kosmik sahədə əməkdaşlıq niyyətində olduğunu və D.Roqozinlə bu barədə müzakirələr aparacağını da qeyd edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru