​Qonşuda pandemiyanın beşinci dalğası gözlənilir

7-09-2021, 00:05           
​Qonşuda pandemiyanın beşinci dalğası gözlənilir
Gürcüstanda koronavirus pandemiyasının beşinci dalğası gözlənilir, lakin əvvəlkilər kimi ağır keçməyəcək.

Teref.az xəbər verir ki, bunu Gürcüstanın baş infeksionisti, Tbilisi Yoluxucu Xəstəliklər Xəstəxanasının direktoru Tengiz Tsertsvadze jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, ölkə epidemiyanın ən ağır günlərini geridə qoyub: “Bütün dünyada olduğu kimi, Gürcüstanda da beşinci dalğa yaşanacaq. Bu mərhələ nisbətən yüngül keçəcək, belə ki, o vaxtadək vaksinin hər iki dozasını vurduranların sayı çox olacaq”.

Qeyd edək ki, qonşu ölkə hazırda pandemiyanın dördüncü dalğasından keçir. Delta ştammının yayılması səbəbindən avqust ayında yoluxma və ölüm hallarında rekord göstəricilər qeydə alınıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru