Əfqanıstanın son yəhudisi də ölkəni tərk etdi

8-09-2021, 12:55           
Əfqanıstanın son yəhudisi də ölkəni tərk etdi
Əfqanıstanın son yəhudisi Zebulon Simantov ölkəni tərk edib.

Axar.az xəbər verir ki, bu məlumatı “Kan” televiziyası yayıb. Televiziya onun qonşu ölkələrdən birinə yerləşdiyini bildirib.

Televiziyaya açıqlama verən Simantovun yaxınlarından biri onun ölkəni Talibana görə yox, İŞİD və Əl Qaidəyə görə tərk etdiyini söyləyib.

Qeyd edək ki, Simantovun 62 yaşı var. O, uzun illər bütün təhdidlərə rəğmən Əfqanıstanı tərk etməkdən imtina edib. Amerika qoşunlarının Əfqanıstanı tərk etməsindən sonra isə ona qarşı təhdidlər güclənib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru