Kim Çen İn məhkəməyə ÇAĞIRILDI

8-09-2021, 19:31           
Kim Çen İn məhkəməyə ÇAĞIRILDI
Yaponiyada yaşayan bir neçə koreyalı Şimali Koreya lideri Kim Çen İni məhkəməyə verib.

Teref.az axar.az-a istinadən xəbər verir ki, buna səbəb Kim Çen İnin “Yer üzündə cənnət” vəd edən köçürmə proqramına qoşulduqdan sonra onların Şimali Koreyada insan haqlarının pozulmasıdır.

Əlbəttə ki, Şimali Koreya lideri Kim Çen İnin 14 oktyabrda keçiriləcək məhkəmə iclasına gəlməsi gözlənilmir. Lakin hakimin onu çağırma qərarı xarici liderə suveren toxunulmazlıq verilmədiyi nadir bir haldır.

Köçürülmə proqramı çərçivəsində zərər çəkdiklərini söyləyən koreyalılardan hər biri 100 milyon yen (900 min dollar) təzminat tələb edirlər.

Qeyd edək ki, Yaponiyada yaşayan 93 minə yaxın etnik koreyalı və ailələri daha yaxşı həyat üçün bir neçə il əvvəl Şimali Koreyaya köçüblər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru