“Taliban” Kabildə etiraz aksiyası təşkil edənlərə qarşı silah işlətdi - VİDEO

9-09-2021, 08:24           
“Taliban” Kabildə etiraz aksiyası təşkil edənlərə qarşı silah işlətdi - VİDEO
Əfqanıstanda hakimiyyəti ələ keçirən “Taliban” hərəkatının silahlıları Kabildə etiraz aksiyasına toplanan insanları odlu silah vasitəsi ilə dağıdıb.

Qeyd olunur ki, bir qrup əfqanıstanlı qadın növbəti dəfə Pakistanın Kabildə yerləşən səfirliyinin qarşısında etiraz aksiyası keçirməyə cəhd edib.

Onlar qonşu dövləti Əfqanıstanın daxili işlərinə qarışmaqda günahlandırırlar.

Etirazçılar həmçinin “Taliban” hərəkatının Pəncşir vilayətində keçirdiyi əməliyyatlardan narazıdırlar.

Mənbə: "İzvestiya"












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru