Ermənistan Rusiya ilə birgə hərbi təlimlərə başlayıb – “QƏRB-2021”

9-09-2021, 20:22           
Ermənistan Rusiya ilə birgə hərbi təlimlərə başlayıb – “QƏRB-2021”
Sentyabrın 9-da Ermənistan Silahlı Qüvvələrinin bir bölməsi Rusiyada "Qərb-2021" strateji təlimlərinin açılışında iştirak edib.

Bizim.Media “armeniasputnik.am” saytına istinadən xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb . Mərasim Nijni Novqorod bölgəsindəki Mulino poliqonunda baş tutub.

Bundan əlavə Rusiya rəsmilərinin sözlərinə görə, icra edilməsi nəzərdə tutulan hərbi manevrlər yalnız müdafiə xarakterlidir.

Qeyd edək ki, təlimlərdə Rusiya və Ermənistanla yanaşı, Belarus, Hindistan, Qazaxıstan, Qırğızıstan və Monqolustan hərbçiləri də iştirak edir. Təlimlər Rusiya və Belarus ərazisində keçiriləcək.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru