Ermənistanda daha bir istefa

9-09-2021, 21:48           
Ermənistanda daha bir istefa
Ermənistanın Ararat vilayətinin qubernatoru Razmik Tevonyan vəzifəsindən istefa verib.

Teref.az“Qafqazinfo”-ya istinadən xəbər verir ki, bu barədə məlumatı qubernatorun köməkçisi Kristine Poqosyan verib.

Məlumata əsasən, Tevonyan bu vəzifəyə 2020-ci ildə dekabrın 10-u təyin edilib. KİV-də yayılan məlumata görə, Tevonyanı istefa verməyə məhz Ermənistanın Baş naziri Nikol Paşinyan vadar edib.

Qeyd olunur ki, Nikol Paşinyan bu vəzifəyə keçmiş qubernator Qarik Sarkisyanı gətirmək niyyətindədir. Q.Sarkisyan hazırda Dövlət Əmlakının İdarə Edilməsi üzrə Komitəyə rəhbərlik edir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru