Taliblər 200 amerikalı və əcnəbinin Əfqanıstanı tərk etməsinə icazə veriblər

10-09-2021, 00:08           
Taliblər 200 amerikalı və əcnəbinin Əfqanıstanı tərk etməsinə icazə veriblər
“Əl-Cəzirə”: 200 amerikalı və digər əcnəbilərin Əfqanıstanı çarter reysləri ilə tərk etmələrinə icazə verilib.

Sputnik. Taliban* hərəkatı 200 amerikalıya və digər ölkələrin vətəndaşlarına Əfqanıstandan çarter reysləri ilə uçmağa icazə verib. Sputnik Azərbaycan Rusiya mediasına istinadən xəbər verir ki, bu barədə “Əl-Cəzirə” telekanalı hərəkatdakı mənbəyə istinadən xəbər verib.

Bu yaxınlarda ABŞ dövlət katibi Entoni Blinken çarter reyslərinin insanların Əfqanıstandan çıxarılması üçün hazırlandığını, ancaq taliblərin onların uçuşuna icazə vermədiklərini bildirib.

"Biz 200 Amerika vətəndaşı və digər mülki şəxslərin Kabil hava limanından çarter reysləri ilə təxliyə edilməsinə icazə verdik. Amerikalılar və Avropa pasportları olanlar cümə axşamı günortadan sonra Kabil hava limanından uçacaqlar", - deyə Taliban* mənbəsi telekanala bildirib.
Taliblər bir ay bundan əvvəl hökumət qüvvələrinə qarşı hücumlarını aktivləşdiriblər və avqustun 15-də Kabilə giriblər. Ertəsi gün isə müharibənin bitdiyini bildiriblər. Avqustun 31-nə keçən gecə ABŞ hərbçiləri Kabil hava limanını tərk edərək Əfqanıstanda Amerikanın təxminən 20 illik hərbi mövcudluğuna son qoyublar. Sentyabrın 6-da taliblər Əfqanıstanın 34 əyalətindən sonuncusu olan Pəncşirin döyüşlərlə nəzarətə keçdiyini bildiriblər. Ertəsi gün Əfqanıstanın müvəqqəti hökumətinin tərkibi elan edilib. İlk Taliban* hakimiyyəti dövründə xarici işlər naziri vəzifəsində çalışan və BMT-nin sanksiyaları altında olan Məhəmməd Həsən Axund Əfqanıstanın müvəqqəti hökumətinə rəhbərlik edəcək.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru