Nyu-York səmasında 11 sentyabr hadisələrini simvolizə edən iki işıq sütunu - VİDEO
10-09-2021, 07:18
Nyu-Yorkda 2001-ci il 11 sentyabr tarixində ABŞ-da törədilən terror aktlarının xatirəsinə təşkil edilən “Tribute of Light”(“İşığın mükafatı”) mərasiminin məşqləri keçirilib.
Yerli sakinlər tərəfindən çəkilən videoda 11 sentyabr 2001-ci ildə terrorçular tərəfindən məhv edilən əkiz qüllələri simvolizə edən iki işıq sütununun göyə qalxdığı görünür.
“Tribute of Light” mərasiminin əsas hissəsi sentyabrın 11-dən 12-nə keçən gecə baş tutacaq.
Xatırladaq ki, 2001-ci ilin sentyabrın 11-də “Əl-Qaidə” terror təşkilatı Amerika Birləşmiş Ştatlarının Nyu-York və Vaşinqton şəhərlərində irimiqyaslı terror hadisəsi törədib. https://twitter.com/ACinPhilly/status/1435772743262343168?ref_src=twsrc%5Etfw%7Ctwcamp%5Etweetembed%7Ctwterm%5E1435772743262343168%7Ctwgr%5E%7Ctwcon%5Es1_c10&ref_url=https%3A%2F%2Foxu.az%2Fworld%2F527471 Mənbə: “Twitter”