ABŞ-Rusiya əməkdaşlığı: Mamontlar geri qaytarılır...

10-09-2021, 12:18           
ABŞ-Rusiya əməkdaşlığı:
ABŞ-da Rusiya ilə gərgin münasibətlər fonunda əməkdaşlıq üçün yeni imkanlar təklif edilib.

Axar.az xəbər verir ki, bu məlumatı “Forin Polisi” nəşri yayıb. Məlumata görə, yeni əməkdaşlığa mamontların yetişdirilməsi və Arktikada yerləşdirilməsi layihəsi kömək edə bilər.

Harvard Tibb Məktəbindən olan genetik Corc Çerçin layihəsi əsasında yetişdiriləcək mamontlar buz dövründəki sələflərinə bənzəyəcək. Alim nəsli kəsilmiş heyvanların yaxın 20 il ərzində yenidən yaradılacağını bildirib. O bunun üçün Rusiya ilə əməkdaşlığın önəmli olduğunu vurğulayıb.

Çerçin sözlərinə görə, Arktikada iqlim dəyişikliyinin qarşısını almaq üçün bu layihə çox önəmlidir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru