Talibanın bu təklifini rədd etdik - Peskov

10-09-2021, 23:43           
Talibanın bu təklifini rədd etdik - Peskov
Rusiya sentyabrın 11-də Taliban tərəfindən qurulan müvəqqəti hökumətin andiçmə mərasiminə qatılmayacaq.
Teref.az Teleqraf.com-a istinadən xəbər verir ki, bu barədə Kremlin sözçüsü Dmitri Peskov açıqlama verib.

Əfqanıstanda narkotik ticarəti və terrorizmlə bağlı hansı gəlişmələrin olacağını bilmədiklərini bildirən Peskov deyib: “Bu səbəbdən yeni rəhbərliyin Əfqanıstanda hansı addımlar atacağını bilmək bizim üçün vacibdir”.

Rusiyanın taliblərin sentyabrın 11-də yeni müvəqqəti hökumətin andiçmə mərasimində iştirak edib-etməyəcəyi ilə bağlı sualı cavablandıran Peskov qeyd edib: “Xeyr, Rusiya heç bir şəkildə iştirak etməyəcək”.

ABŞ geri çəkildikdən sonra Əfqanıstanı nəzarətə götürən Taliban Türkiyə, Çin, Rusiya, İran, Pakistan və Qətəri yeni hökumətin təqdim edilməsi mərasiminə dəvət edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru