ABŞ daha 21 vətəndaşını Əfqanıstandan təxliyə edib

11-09-2021, 00:30           
ABŞ daha 21 vətəndaşını Əfqanıstandan təxliyə edib
ABŞ-da yaşamaq icazəsi olan 13 nəfər Əfqanıstanı tərk edib

ABŞ bu gün daha 21 vətəndaşını Əfqanıstandan təxliyə edib. AYNA xəbər verir ki, bu barədə Ağ Evin Milli Təhlükəsizlik Şurasının rəsmi nümayəndəsi Emili Horn məlumat verib.

Onun sözlərinə görə, ABŞ vətəndaşlarından 19-u çarter reysi ilə, daha 2-si isə quru nəqliyyatı ilə qonşu dövlətlərdən birinə aparılıb.

Bununla yanaşı, ABŞ-da yaşamaq icazəsi olan 13 nəfər Əfqanıstanı tərk edib.

Horn əlavə edib ki, davam edən terror təhlükəsi səbəbindən ABŞ rəhbərliyi müxtəlif yollarla və fərqli nöqtələrdən Əfqanıstandan təxliyəni davam etdirəcək.

Müəllif: Ayna.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru